XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sərbəst güləşçimiz Əliabbas Rzazadə Paris-2024-ə lisenziya qazandı
İdman 18:20 / 07.04.2024

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Yarışda iştirak edən sərbəst güləşçimiz Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb. Pəhləvanımız həlledici görüşdə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova qalib gəlib. Avropa çempionumuz rəqibinə 4:3 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib.

Xatırladaq ki, idmançımız təsnifat mərhələsində italiyalı Simone Piroddu, 1/4 finalda isə türkiyəli Süleyman Atlını məğlub edib. 


22275 oxunub

InvestAZ