XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kros qaçışı üzrə ölkə çempionatı təşkil olunub
İdman 17:52 / 07.04.2024

Qubada kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən atletlər mübarizə aparıb. Ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Beyləqan, Bərdə, İsmayıllı, Gədəbəy və Naftalandan 200-dən artıq atlet iştirak edib. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Əsgərli ölkə çemponu adını qazanıb. 6 km məsafədə İsmayıllı idmançısı Valeri Qrubskiy, 3 və 2 km-də isə müvafiq olaraq, Gəncə atleti İsgəndər Əsgərov və Naxçıvan təmsilçisi Namiq Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-da Leyla Abduləzizova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi olub.


21345 oxunub

InvestAZ