XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Olimpiya Təsnifat turniri: üç güləşçimiz turnirlə vidalaşdı
İdman 15:39 / 05.04.2024

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirilir. İlk yarış günündə gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı xalça üzərinə çıxıb.

Yarışda 87 kq çəki dərəcəsində mübarizəyə başlayan İslam Abbasov ilk görüşdə danimarkalı Turpal Bisultanovla üz-üzə gəlib. Qarşılaşmadan 3:5 hesabı ilə məğlub ayrılan pəhləvanımız mübarizəni dayandırıb.

Digər təmsilçilərimiz Nihat Məmmədli (60 kq) 1/8 finalda Ukrayna güləşçisi Aleksey Masikini mübarizədən kənarlaşdırıb. O, rəqibini 5:2 hesabı ilə üstələsə də, növbəti mərhələdə qələbənin ardını gətirə bilməyib. Belə ki, güləşçimiz 1/4 finalda türkiyəli Eneş Başara məğlub olaraq (1:3) mübarizəni dayandırıb.

97 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Əhmədiyev də turnirlə vidalaşıb. Mübarizəyə 1/8 finaldan başlayan idmançımız Aleksandar Styepanetiçdən (İsveç) güclü olub. O, rəqibini vaxtından əvvəl üstələyib - 10:0. Təəssüf ki, güləşçimiz 1/4 finalda Almaniya təmsilçisi Lukas Aleksandros Lazoqianisə məğlub olub - 5:7.

Xatırladaq ki, yarışda 130 kq çəki dərəcəsində mübarizə aparan Beka Kandelaki müvafiq olaraq Norveç və Bolqarıstan güləşçilərinə qalib gələrək yarımfinala yükəlib. İdmançımız Paris-2024-ə vəsiqə uğrunda Sergey Semyonovla (AİN) üz-üzə gələcək.

Turnirdə hər çəki dərəcəsində finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.


25709 oxunub

InvestAZ