XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



«Mən də bunu xəyal edirəm»
İdman 14:49 / 05.04.2024

"Yuventus"unun hücumçusu Duşan Vlahoviç karyerası ərzində əldə etmək istədiyi ən böyük nailiyyətdən danışıb. "Çempionlar Liqası? Bu, hər bir futbolçunun qalib olmaq istədiyi turnirdir. Təbii ki, mən də bunu xəyal edirəm. Bu kuboku almaq üçün bütün gücümü səfərbər edəcəyəm”, - deyə A Seriyasının rəsmi saytı Vlahoviçdən sitat gətirib.

Xatırladaq ki, bu mövsüm Vlahoviç bütün turnirlərdə 28 matçda iştirak edib. O, 16 qolun və 3 məhsuldar ötürmənin müəllifidir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

"Yuventus" İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Massimiliano Alleqrinin komandası 30 oyunda 59 xal toplayıb.


23671 oxunub

InvestAZ