XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Məşhur avtomobilin loqotipi yeniləndi
İdman 14:16 / 05.04.2024
«Lamborghini» 20 ildən artıq müddətdə ilk dəfə olaraq korporativ loqosunu yeniləyib. «Lamborghini»nin rəsmi press-relizində qeyd edilir ki, yenilənmiş loqo şirkətin yeni strategiyasından ilhamlanıb və onun missiyasını daha dəqiq əks etdirir. "Yenilənmiş loqo şirkətin korporativ identikliyinin ayrılmaz hissəsidir və o, brendin gələcək avtomobillərində yerləşdiriləcək. Eyni zamanda, brendin avtomobillərinin üslubunu əks etdirən rəsmi «Lamborghini şrifti» hazırlanıb. Bu yeniləmə şirkətin yeni mərhələyə qədəm qoyduğunu qeyd edir”, - deyə açıqlamada bildirilir.
Xatırladaq ki,«Lamborghini» 1963-cü ildə qurulub. O, zaman onun loqotipində bir öküz peyda olub. Bu Ferruccio Lamborghinin buğa bürcü altında doğulmasına bir işarədir. Müəllif qeyd edib ki, o, həmişə öküzlərə, onların gücünə və sürətinə heyran olub.

25403 oxunub

InvestAZ