XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sambaçının görmə qabiliyyəti azalıb
İdman 13:40 / 05.04.2024
Braziliyalı UFC döyüşçüsü Bruno Silva Atlantik Sitidə (ABŞ) Kris Vaydemanla döyüşdən sonra görmə problemləri yaşayır. "Vaydman mənim hər iki gözümü zədələyib. Bir gözümdə görmə qabiliyyətinin 30 faizini itirmişəm. Həkimlər bunun daimi olacağına inanmırlar. Daha arxayın olmaq üçün gələn həftə klinikaya qayıtmalıyam”, - deyə «MMA Fighting» Silvanın sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, qarılaşmanın üçüncü raundda Vaydmanın qalib gəlməsi ilə başa çatıb. Əvvəlcə qələbə texniki nokautla elan edilsə də, sonra nəticəyə yenidən baxılıb. Döyüşün bitməsinə saniyələr qalmış Vaydman Silvanın gözünü sıxıb. İndi hakimlərin yekdil texniki qərarı ilə amerikalı döyüşçü qələbəyə layiq görülüb.

22849 oxunub

InvestAZ