XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə cüdoçuların Teplis sınağı
İdman 11:34 / 05.04.2024
Aprelin 6-7-də Çexiyanın Teplis şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə 32 ölkədən 627 idmançı iştirak edəcək. Azərbaycan yarışda qızlar arasında 7 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Komandamızın heyətində Xədicə Abdullayeva (-40 kq), Leyla Ələkbərova (-44 kq), Könül Eyvazlı, Nuranə Hacızadə (hər ikisi -48 kq), Səmayə Yusifli, Aysun Məmmədova, Aliyə Rüstəmova, Vüsalə Hacıyeva (dördü də -52 kq), Nilgül Rzayeva, Aytən Verdiyeva (hər ikisi -57 kq), Fidan Cəlilli, Mələk Bayramlı (-63 kq) və Rəna Əhmədova (-70 kq) qüvvəsini sınayacaq. 


20871 oxunub

InvestAZ