XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
İdman 10:18 / 05.04.2024
Aprelin 6-7-də Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 29 ölkədən 375 idmançı qüvvəsini sınayacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Komandamızın heyətində Ramilə Əliyeva (-48 kq), Nərgiz Hacıyeva (-57 kq), Aytac Qardaşxanlı (-63 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi -70 kq) və Nərmin Əmirli (-78 kq) tatami üzərinə çıxacaq. 

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev, Arzu Acalova və Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.





21026 oxunub

InvestAZ