XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Van Damın tərəf müqabili həyatla vidalaşdı
İdman 19:07 / 03.04.2024
Kikboksinq üzrə doqquz qat dünya çempionu Rob "Holland" Kaman martın 31-də vəfat edib.  O, tay boksçu və aktyor kimi  1980-1990-cı illərdə Jan Klod Van Dammla bir neçə filmdə ("Legioner”, "Koloniya”, "Maksimum Risk”), eləcə də Don Vilsonla "Qanlı yumruq”da rol alıb. Keçmiş həyat yoldaşı sosial şəbəkələrdə 63 yaşlı idmançının ölüm səbəbini açıqlamayıb.
Məlumat üçün bildirək ki, Rob Kaman 1960-cı ildə Amsterdamda anadan olub. İdman karyerasına futbolçu kimi - "Ayaks"ın gənclər komandasında başlayıb. Uğurlu çıxışa baxmayaraq, o futbolu tərk edib. Səbəb kimi heç vaxt komanda idman növlərini sevmədiyini göstərib.
Futbolu tərk etdikdən sonra döyüş sənəti ilə məşğul olub. On doqquz yaşında ilk dəfə muay-tay formatında döyüşlə məşqlərə başlayıb.
Kaman 1985-ci il mayın 28-də bank quldurluğuna görə iki ilə yaxın həbs cəzasına məhkum edilib. Polis cinayətdən yarım saat sonra Kamanı və 22 yaşlı şərikini həbs edib. 

23070 oxunub

InvestAZ