XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
İdman 15:19 / 03.04.2024
Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri Almanıyanın Hannover şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər. 

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi Elxan Məmmədov cüdoçuların qazandıqları nəticələri və təlim-məşq prosesləri ilə bağlı fikirlərini bölüşüb: "Almaniyada keçirilən Beynəlxalq Bremen Masters turniri cüdoçularımız üçün uğurla başa çatdı. 26 ölkədən 650-dən çox cüdoçunun iştirakı ilə keçirilən bu mötəbər turnirdə, cüdoçularımız əzmkar mübarizə aparaq 4 qızıl və 3 bürünc medal qazandı və oğlanlar arasında da bütün çəki dərəcələrində nəticə əldə etdilər.
Cüdoçularımızın İtaliyada, İspaniyada və Avstriyada keçiriləcək yarışlarda və təlim-məşq toplanışlarında iştirak etmələri planlaşdırılır. Hazırlıq, sentyabr və oktyabr aylarında keçiriləcək dünya və Avropa çempionatlarına seçim məqsədi daşıyır.
Bremendə və Hannoverdə keçirilən təlim-məşqlərdə Yaponiya, Braziliya və Özbəkistandan olan idmançıları da iştirak edirdi. Avropa kuboklarında mübarizədə əsasən Avropadan olan idmançılar iştirak edir. Bu səbəbdən də bu cür yarışların və təlim-məşqlərin cüdoçularımıza daha çox təcrübə qazandırmaq və taktiki və texniki hazırlıqlarını yükəltməyi baxımından böyük əhəmiyyət kəsb edir", - deyə Elxan Məmmədov bildirib. 

20539 oxunub

InvestAZ