XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
İdman 13:39 / 03.04.2024
Aprelin 6-da Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək. ACF-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçiriləcək imtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan şəxslər iştirak edə bilər.  Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. 
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.


24401 oxunub

InvestAZ