XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Milli Paralimpiya Komitəsinin rəsmisi IBSA-nın icraçı direktoru təyin olunub
İdman 13:04 / 03.04.2024

Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.

Bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu təyinat IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında reallaşıb.

Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.


20393 oxunub

InvestAZ