XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək
İdman 10:09 / 03.04.2024
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 19-cu tur çərçivəsində paytaxtda iki, Gəncədə isə bir görüş təşkil olunub. 
Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən oyunda "Azərreyl" və "Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəlib. Matça daha yaxşı başlayan "Azərreyl” üstünlüyünü sonadək qoruyub və 3:0 hesablı qələbə qazanıb.
Günün növbəti oyununda "Gəncə” doğma meydanda "Abşeron”u qəbul edib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alaraq yekunda 3:0 hesabı ilə qalib gəliblər.
Tura UNEC - "Murov Az Terminal” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüş "Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Beləliklə, qadınların turnir cədvəlinə 48 xalla (16 qələbə) "Azərreyl” komandası liderlik edir. "Murov Az Terminal” 40 xalla (14 qələbə) ikinci, "Abşeron” 39 xalla (13 qələbə) üçüncü, "Gəncə” 30 xalla (10 qələbə) dördüncüdür. Aktivində 14 xalı (4 qələbə) olan "Milli Aviasiya Akademiyası” beşincidir. Xalı olmayan UNEC isə sonuncu pillədədir.

20603 oxunub

InvestAZ