XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha bir ağırlıqqaldıranımız lisenziya turnirində iştirak etdi
İdman 11:15 / 03.04.2024

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar.

Təmsilçilərimizdən daha biri- İsa Rüstəmov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin D qrupunda qüvvəsini sınayıb. Atletimiz toplam 320 kq (145+175)nəticə göstərib. İsanın yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Dünya Kubokuna aprelin 11-də yekun vurulacaq.



19191 oxunub

InvestAZ