XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan pəhləvanı dünya rekordunu qırıb
İdman 18:06 / 02.04.2024

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordunu qırıb. Pəhləvanımız bunun üçün Gənclər və İdman Nazirliyinin binasının qarşısıda keçirilən tədbirdə müxtəlif hərəkətlərdə gücünü sınayıb. 

O, ilk olaraq yalın ayaqla şüşə qırıntıları üzərində dayanıb və iplə 33 kq ağırlığında olan çəki daşlarına bağlı bıçağı əli ilə tutaraq qollarını horizontal vəziyyətdə havada saxlayıb. İkinci hərəkətdə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını dişlə yerdən qaldırıb. Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə, mətbəx bıçağını dişi ilə tutaraq "Jeep" markalı avtomobil dartıb. Bununla da V.Cavadov yeni dünya rekorduna imza atıb.

"Ginnes” rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri prosesi qeydə aldıqdan sonra təsdiqləyiblər.

Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.


18837 oxunub

InvestAZ