XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



Bu hiperkarı pulla almaq mümkün deyil
İdman 20:31 / 02.04.2024

Formula 1-də «Williams», «McLaren» və «Red Bull»un çempion avtomobillərinin mühəndisi Adrian Newey tərəfindən yaradılmış «Aston Martin Valkyrie» hiperkarı «CarforCoin» platformasında satışa çıxarılıb. Elanda qeyd edilir ki, avtomobili yalnız kriptovalyuta ilə almaq olar və onun dəyəri 39 bitkoindir. Hazırkı məzənnə ilə bu, 2,7 milyon dollara bərabərdir. Satılan avtomobil 2022-ci ildə istehsal edilib. Hazırda Niderlandda olan avtomobilin kapotunun altında 162 at qüvvəli elektrik mühərriki ilə birlikdə 1176 at gücü hasil edən 6,5 litrlik atmosfer atmosferli V12 var. Bu avtomobil 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir və onun maksimal sürəti 350 km/saatı keçir.



4148 oxunub

InvestAZ