XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Zenit” BTİC İB-in yetirmələri Çexiyada 4 medal qazanıblar
İdman 11:02 / 01.04.2024

Çexiyanın Trutnov şəhərində yeniyetmə və gənclər arasında boks üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının "Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin boksçuları da mübarizə aparıblar. İdman Cəmiyyətinin boks bölməsi üzrə məşqçi-müəllimi, Əməkdar məşqçi Ceyhun Rüstəmovun rəhbərliyialtında yarışa yollanan "Zenit” BTİC İB-in boksçularından 4-ü mükafatçılar sırasında yer alıb. Belə ki, boksçulardan Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyev (80 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Babacan Əliyev (48 kq) gümüş, Yusif Məmmədov (44 kq) isə bürünc medala sahib çıxıb.

Beləliklə, "Zenit” BTİC İB-in yetirmələri yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.



20244 oxunub

InvestAZ