XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Səbail” - “Turan Tovuz” oyununda qalib müəyyənləşmədi
İdman 18:57 / 30.03.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Səbail” və "Turan Tovuz” komandaları "ASCO Arena”da üz-üzə gəliblər. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Matçda hər iki qol ilk hissədə vurulub. Hesabı 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Pedro Nunu açıb. Birinci yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə qonaqlar Fərid Nəbiyevin penaltidən vurduğu qolla hesabı bərabərləşdiriblər.

Bu nəticədən sonra "Səbail” xallarını 38-ə, "Turan Tovuz” isə 36-ya yüksəldib. Komandalar turnir cədvəlində, müvafiq olaraq, 6-7-ci yerləri bölüşdürürlər.

Günün son matçında "Zirə” "Sabah”ın qonağı olacaq.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi” səfərdə "Qəbələ”ni 1:0, "Qarabağ” isə "Kəpəz”i 6:1 hesabı ilə məğlub edib. Tura martın 31-də keçiriləcək "Sumqayıt” – "Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.


17737 oxunub

InvestAZ