XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avro-2024-ün bütün qrup iştirakçıları müəyyənləşdi 
İdman 09:30 / 27.03.2024

Futbol üzrə Avro-2024-ün bütün qrup iştirakçılarının adlarına aydınlıq gəlib. Qitə çempionatına son vəsiqəni Polşa millisi qazanıb. "Panlar" bu uğurapley-off matçında Uelsə qalib gəlməklə yiyələniblər. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığından qalibin adınapenaltilər seriyasında aydınlıq gəlib - 5:4.

Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi finala hissəsində yer alan Almaniya komandasıdır.

Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:

A qrupu:Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan

B qrupu:İtaliya, Xorvatiya, İspaniya, Albaniya

C qrupu:Sloveniya, Danimarka, İngiltərə, Serbiya

D qrupu:Avstriya, Fransa, Niderland, Polşa

E qrupu:Rumıniya, Belçika, Slovakiya, Ukrayna,

F qrupu:Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan

Qeyd edək ki, Avropa çempionatında ilk qarşılaşma iyunun 14-ü Münhen şəhərindəki "Allianz Arena”da Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.



25560 oxunub

InvestAZ