XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.
İdman 14:56 / 26.03.2024
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib. 
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkə çempionatının növbəti matçları martın 27-də və 29-da təşkil olunacaq.
Martın 27-də saat 17:00-da "Murov Az Terminal” Voleybol Klubunun idman zalında MOİK və "Neftçi” komandaları üz-üzə gələcək. Həmin gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə "Azərreyl” və "Murov Az Terminal” komandaları qarşılaşacaq. Matç saat 17:00-da başlayacaq və "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Martın 29-da təşkil olunacaq Yüksək Liqanın növbəti matçında "Murov Az Terminal” klubu MOİK-lə üz-üzə gələcək. GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq bu görüşün start fiti saat 17:00-da çalınacaq.


23518 oxunub

InvestAZ