XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi 
İdman 21:55 / 25.03.2024

Futbol üzrə milli komandamız Bakıda təşkil olunan "FIFA series - Edition 2024” layihəsi çərçivəsində  növbəti oyununu keçirib. Yığma bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan millisi ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hesabı 59-cu dəqiqədə Bolqarıstan millisi açıb. Filip Krastev dəqiq zərbə ilə fərqlənib. Lakin oyunun sonlarına yaxın millimiz bərabərlik qolunu vurmağa müvəffəq olub. Oyunun 87-ci dəqiqəsində Musa Qurbanlı komandamızı məğlubiyyətdən qurtaran qolu vurub. 

Xatırladaq ki, millimiz ilk oyunda Monqolustana minimal hesabla qalib gəlmişdi -1:0. 



20129 oxunub

InvestAZ