XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Judo Club 2012”nin yetirmələri İstanbuldan 8 medalla qayıdırlar
İdman 15:46 / 25.03.2024

Türkiyənin İstanbul şəhərində cüdo üzrə "Kocaeli Prezident Kubokunda” yarışı keçirilib. Beynəlxalq turnirdə "Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Komandamız yarışda klubun cüdo bölməsi üzrə baş məşqçisi Zaur Paşayev və məşqçi Rafiq Nəcəfovun rəhbərliyi altında 15 idmançı ilə təmsil olunub. Cüdoçularımız beynəlxalq turnirdə uğurla çıxış edərək, 1 qızıl, 2 gümüş və 5 bürünc medala sahib çıxıblar. Komandamıza qızıl medalı -30 kq çəki dərəcəsində qüvvəsini sınayan Ammar Məmmədov qazandırıb. Ömər Atayev (-66 kq) və İsgəndər Nuruzadə (-73 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıblar. Klubun digər üzvlərindən Məhəmməd Baloğlanov (-30 kq), İbrahim Qocayev (-30 kq), Emil Babayev (-55 kq), Maarif Hacızadə (-60 kq) və Camal İsmayılzadə (-73 kq) isə bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, klubun idmançıları həmçinin İstanbulda təlim düşərgəsində də iştirak ediblər.


20476 oxunub

InvestAZ