XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropalılar şimalda cənublularla üz-üzə gəldilər - 19 ildən sonra
İdman 11:09 / 25.03.2024

Bu həftə futbol üzrə İtaliya millisi Şimali Amerikaya səfər etdi. Spalletinin rəhbərliyi altında onlar Cənubi Amerika komandaları ilə iki oyun keçirdilər. Əvvəlcə "Skuadra Adzurra” son vaxtlar vəziyyəti yaxşılaşan Venesuela millisinə qalib gəldi – 2:1. Dünən avropalılar Ekvador millisinin qapısına iki qol vurublar.

Məlumat üçün bildirək ki, İtaliya millisi iyirmi ilə yaxındır Şimali Amerika meydançalarında oyuna çıxmayıb. Sonuncu dəfə bu, 2005-ci ildə baş məşqçi Marçello Lippinin rəhbərliyi altında baş vermişdi. Həmin vaxt apeninlilər Ekvador komandası ilə heç-heçəyə razılaşmışdılar - 1:1. Həmin görüşdən bir il sonra İtaliya dünya çempionu olmuşdu. Xatırladaq ki, növbəti dünya çempionatı da Şimali Amerikada keçiriləcək.



20649 oxunub

InvestAZ