XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qələbədə ispan həmrəyliyi
İdman 15:15 / 25.03.2024

"Böyük Dəbilqə” turnirinin ikiqat çempionu ispaniyalı Karlos Alkaras həmyerlisi, "Ferrari” pilotu Karlos Saynsı Avstraliya Qran Prisində qazandığı qələbə münasibətilə təbrik edib. "Əla idin Karlos!Təbrik edirik! Əla yarışdır!” – deyə dünyanın ikinci raketçisi Alkaraz sosial şəbəkə hesabında bu sözləri yazıb. Qeyd edək ki, Madrid "Real”ı da Karlosu klubun sosial şəbəkə hesabında təntənəli surətdə təbrik etmişdi.

Məlumat üçün bildirək ki, Melburnda Sayns ikinci yeri tutan komanda yoldaşı Çarlz Lekleri iki saniyədən çox fərqlə qabaqlayıb. İlk üçlüyü "McLaren”dən Lando Norris tamamlayıb. Hazırda ispaniyalı pilotun hesabında 40 xalı var. O, dördüncü yeri tutur. Siyahıda lider "Red Bull”un niderlandlı pilotu Maks Ferstappendir.


22282 oxunub

InvestAZ