XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Böyük arzuların sorağında
İdman 10:04 / 25.03.2024

Nəzrin Cahid qızı Muradova Saatlı şəhər 1 saylı tam orta məktəbin 3 A sinifində əla qiymətlərlə oxuyur. Balaca Nəzrin dərslərini əla oxumaqla yanaşı, həm də idmanın bədii gimnastika növü ilə məşğul olur. Böyük arzuların sorağında olan balaca Nəzrinin bu idman növünə olan sevgi və marağı onu idman zalına gətirib. İndi onun ən böyük arzusu ölkəmizin sayılıb-seçilən gimnastlarından biri olmaq, Azərbaycan millisinin tərkibində dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğurlu çıxış edərək, bayrağımızı yüksəklərə qaldırmaqdır. O, bunun üçün həftə ərzində təşkil olunan məşqlərdə səylə hazırlaşır, məşqçilərin verdiyi tapşırıqları dəqiqliklə yerinə yetirir.

Nəzrinin məşqçiləri də onun gələcəkdə Azərbaycanın bədii gimnastika üzrə milli komandasının əsas simalarından biri olacağına inanırlar.

Biz də "olimpiyadunyasi.com" saytı olaraq, azyaşlı idmançımıza inanır, ona gələcək yarışlarda böyük uğurlar əldə etməyi arzulayırıq.



21250 oxunub

InvestAZ