XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız "Böyük Dəbilqə" turnirini 4 medalla başa vurdular 
İdman 20:31 / 24.03.2024

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turnirinə yekun vurulub. Turnirin son gün Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, komandamızın üzvlərindən Elcan Hacıyev (-90 kq) və Uşangi Kokauri (+100 kq) finalda məğlub olaraq gümüş medala sahib çıxıblar. 

Beləliklə, 9 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunan cüdo millimiz "Böyük Dəbilqə" turnirini iki gümüş və iki bürünc medalla başa vurublar. 

Xatırladaq ki, yarışın ilk günündə milli komandamızın üzvlərindən Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) üçüncü olublar. 


19443 oxunub

InvestAZ