XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF rəsmiləri "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində olublar
İdman 23:04 / 23.03.2024
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev, Gəncə RVK-nun rəhbəri Pərviz Qədirov, Sumqayıt RVK-nun rəhbəri Tariyel Alverdiyev Bakıda təşkil olunan "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində olublar. 
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, federasiya rəsmiləri AVF-nin idman zalında yeniyetmə və gənc qızların məşq prosesini izləyiblər. 
Qeyd edək ki, düşərgəyə Sumqayıt, Oğuz, Hacıqabul, Naxçıvan, Gəncə, Tovuz və Bakı RVK-larına daxil olan bölgələrdə 2023-cü ildə aparılan seçimlər zamanı fərqlənən voleybolçu qızlar cəlb olunublar.


21697 oxunub

InvestAZ