XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qızlardan ibarət millilərimizdən parlaq qələbələr
İdman 20:47 / 23.03.2024

Azərbaycanın qadınlardan ibarət basketbol milliləri Türkiyədə parlaq qələbələr qazanıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri 6 yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

Azərbaycan (U-18) - "Daçka Şerifalı" (U-18) 67:58
Azərbaycan (U-16) - "Daçka Şerifalı" (U-16) 61:56
Azərbaycan (U-18) - "Sakarya Asaş" (U-18) 71:68
Azərbaycan (U-16) - "Sakarya Asaş" (U-16) 83:53
Azərbaycan (U-18) - "İstanbul Yıldızları" (U-18) 56:53
Azərbaycan (U-16) - "İstanbul Yıldızları" (U-16) 72:60


19015 oxunub

InvestAZ