XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Real” olimpiadada iştiraka razılıq vermədi
İdman 14:48 / 23.03.2024

Madrid "Real”ı cari mövsümün sonunda komandaya qoşulacaq hücumçu Kilian Mbappeni Paris-2024 olimpidasına buraxmır. Bu barədə X sosial şəbəkəsində jurnalist Ramon Alvares de Mont məlumat verib.

Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu artıq "Kral klubu” ilə müqavilə imzalayıb. "Real”ın rəsmiləri Mbappe ilə müqavilə bağlayanda onun Yay Olimpiya Oyunlarına buraxmayacağını da bildiriblər. Əvvəl bu qərarla razılaşmayan futbolçu klubun şərtini qəbul etməli olub.

Xatırladaq ki, Fransa paytaxtında keçirilməsi planlaşdırılan olimpiada 26 iyul - 11 avqust tarixinə təsadüf edəcək.


19233 oxunub

InvestAZ