XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ"ın Avrokuboklar həyəcanı başa çatdı
İdman 02:03 / 15.03.2024
"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb. Almaniyadakı "BayArena"da keçirilən oyunda "Bayer" klubu ilə qarşılaşan Azərbaycan çempionu rəqibinə 3:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. 
Oyunda bütün qollar matçın ikinci hissəsində vurulub. Matçın 58-ci dəqiqəsində Abdullah Zubir hesabı acib. Qoldan dörd dəqiqə sonra "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib. Buna baxmayaraq, on nəfərlə qalan Qurban Qurbanovun komandası bundesliqa təmsilçisini ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Matçın 67-ci dəqiqəsində Olavio Juninyo qapı qarşısına ötürməni dəqiq zərbə ilə tamamlayıb. Təəssüf ki, komandamız bu üstünlüyünü sona qədər qoruya bilməyib. 
72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.
Bu komandalar arasında Bakıda keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatmışdı. Beləliklə, Almaniya təmsilçisi iki oyunun nəticəsinə görə, 5:4 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. 

21543 oxunub

InvestAZ