XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi
İdman 09:21 / 14.03.2024

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin bütün iştirakçılarının adlarına aydınlıq gəlib. Son iki cavab oyunundan sonra İspaniyanın Madrid "Atletkio”su və Almaniyanın Dortmund "Borussiyası” adını növbəti mərhələyə yazdırıb.

İspaniyada təşkil olunan oyunda İtaliyanın "İnter” klubunu qəbul edən "Atletiko” matçın əsas vaxtında 2:1 hesabı ilə qalib gəlib. Lakin milanlılar İtaliyada keçirilən birinci oyunda minimal hesabla (1:0) qələbə qazandığı üçün matçda əlavə vaxt oynanılıb. Əlavə olunmuş 30 dəqiqədə də qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:2) İspaniya təmsilçisi "İnter”in 13 oyunluq məğlubiyyətsizlik seriyasını qıraraq 1/4 finala yüksəlib.

Gecənin digər oyununda isə "Borussiya” klubu doğma meydanda Niderland təmsilçisi PSV-ni 2:0 hesabı ilə məğlub edərək yoluna davam edib. Bu komandalar arasında ilk oyunda 1:1 hesabı qeydə alınmışdı.

Beləliklə, İspaniyanın "Atletiko”, "Real”, "Barselona”, İngiltərənin "Mançester Siti”, "Arsenal”, Almaniyanın "Bavariya”, "Borussiya”, Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.



18303 oxunub

InvestAZ