XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Çempionlar Liqasında son iki 1/4 finalçının adına aydınlıq gələcək
İdman 10:45 / 13.03.2024

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanacaq son iki iştirakçının adına aydınlıq gələcək. Gecənin oyunlarından biri İspaniyada, digəri isə Almaniyada təşkil olunacaq. Madridin "Atletiko" klubu doğma meydandan İtaliyanın "İnter" klubunu qəbul edəcək. bu komandalar arasında İtaliyada keçirilən ilk oyunda milanlılar minimal hesabla qalib gəlmişdilər -1:0. 

Gecənin digər oyununda isə "Borussiya” komandası Dortmundda Niderlandın PSV komandası ilə üz-üzə gələcək. Bu komandaların Niderlandda keçirilən ilk oyununda qalib müəyyənləşməmişdi -1:1.  

Qeyd edək ki, buna qədər İspaniyanın "Real”, "Barselona”, İngiltərənin "Mançester Siti”, "Arsenal”, Almaniyanın "Bavariya” və Fransanın PSJ klubları 1/4 finala vəsiqə əldə ediblər. 



19897 oxunub

InvestAZ