XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
İdman 10:05 / 13.03.2024

Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaqda Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib. Röyal Süleymanov Azərbaycan Reqbi Federasiyasının prezidenti seçilib.

Həmçinin Ernesto Ferlenq birinci vitse-prezident, Səbuhi Qarayev vitse-prezident, Raqif Hüseynli və Vaqif Səadətxan təşkilatın İdarə Heyətinə üzv seçiliblər.

Sonda federasiyanın prezidenti R.Süleymanov, təşkilatın birinci vitse-prezidenti E.Ferlenq və İdarə Heyətinin üzvü Vaqif Səadətxan çıxış edərək, göstərilən etimada görə federasiya üzvlərinə təşəkkür edib və qurumun bundan sonrakı fəaliyyəti, qarşıdakı planları barədə danışıblar.


19091 oxunub

InvestAZ