XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finalda
İdman 02:57 / 13.03.2024

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanandaha iki iştirakçının adına aydınlıq gəlib. Bunlar İspaniyanın "Barselona" və İngiltərənin "Arsenal" klublarıdır. Katalonlar doğma azarkeşlər önündə İtaliyanın "Napoli” klubuna 3:1 hesabı ilə qalib gəlməklə bu hüquqa yiyələniblər. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk oyun isə 1:1 hesabı ilə yekunlaşmışdı.

İngiltərənin "Arsenal” komandası isə ispanlardan fərqli olaraq növbəti mərhələ üçün daha çox çətinlik çəkib. Londonda "Portu"nu qəbul edən "topçular" ilk 90 dəqiqəni minimal hesablı qələbə (1:0) ilə başa vursa da bu hesab mərhələadlamaq üçün kifayət etməyib. Buna səbəb ilk oyunda "Portu"nun 1:0 hesabı ilə qalib gəlməsi olub. Oyunun əlavə dəqiqələrində də tərəflərdən heç biri fərqlənmədiyinə görə, qalib penaltilər seriyasında müəyyənləşib.Burada daha dəqiq oynayan (4:2) London təmsilçisi adını 1/4 finala yazdırıb.

Xatırladaq ki, daha əvvəl İngiltərənin "Mançester Siti”, İspaniyanın "Real Madrid”, Almaniyanın "Bavariya” və Fransanın PSJ klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.



18218 oxunub

InvestAZ