XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Azərreyl” və “Murov Az Terminal” Yüksək Liqada növbəti qələbələrini qazandı
İdman 21:57 / 12.03.2024

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVII turun oyunlarına start verilib.

Günün ilk matçında "Milli Aviasiya Akademiyası” və "Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda "Azərreyl” "Gəncə”ni qəbul edib. Qarşılaşma "dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tura martın 13-də UNEC - "Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.

Bu nəticələrdən sonra xallarını 42-yə çatdıran "Azərreyl” turnir cədvəlinə başçılıq edir. "Murov Az Terminal” 37 xalla ikinci, bir oyun az keçirən "Abşeron” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.


17201 oxunub

InvestAZ