XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
İdman 20:09 / 12.03.2024

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən doqquz il sonra yenidən bu hüquqa sahib olub.

Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək.

Qarşılaşmalar 2017-ci ildə olduğu kimi, Milli Gimnastika Arenasında təşkil olunacaq. Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri olub.

2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan altısı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.

CEV prezidenti Aleksandar Boriçiç qitə birinciliyinin yenidən Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərini bölüşüb: "Biz əminik ki, Avropa çempionatı Azərbaycan yığmasının hazırkı üzvləri, eləcə də gənclər üçün böyük stimul olacaq, gələcək nəsil azərbaycanlı oyunçuları ruhlandıracaq. Biz onlarla işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, Azərbaycan Voleybol Federasiyası yarışın yüksək səviyyədə təşkili üçün yenə də əlindən gələni edəcək”.


22319 oxunub

InvestAZ