XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar 
İdman 14:30 / 12.03.2024

Martın 13-17-də Türkiyənin Nevşehir şəhərində stolüstü tennis üzrə "Avropa Gənclər Seriyası” turniri keçiriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda yığma komandamızın da üzvləri mübarizə aparacaqlar. Yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılov və Xəyalə Qiyasova isə turnirin oyunlarını idarə edəcəklər.



19570 oxunub

InvestAZ