XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Voleybol üzrə ölkə çempionatının əsasnaməsində dəyişikliyin səbəbi açıqlandı 
İdman 11:50 / 12.03.2024
Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib. 
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, dəyişikliyə əsasən, kişi voleybolçuların Yüksək Liqasında oyunlar əvvəl nəzərdə tutulduğu kimi dörd deyil, altı dövrə davam edəcək. Daha sonra pley-off mərhələsi oynanılacaq. 
Bu dəyişikliyə səbəb "Xarı Bülbül Şuşa” və "Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmasıdır. Digər komandalar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların altı dövrədə keçirilməsini qərara alıb.

18252 oxunub

InvestAZ