XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha bir boksçumuz erməni idmançıya qalib gələrək Olimpiya lisenziyasına yaxınlaşdı
İdman 12:01 / 11.03.2024

İtaliyanın Busto Arsizio şəhərində keçirilən boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışda iştirak edən Azərbaycan boksçusu Sərxan Əliyev turnirdə 3-cü döyüşünü keçirib. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib. Döyüş Sərxan Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi 1 qələbə kifayət edəcək. S.Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.


18234 oxunub

InvestAZ