XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Mançester Siti” və “Real” 1/4 finalda
İdman 02:02 / 07.03.2024

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində daha iki cavab oyunu keçirilib. İngiltərənin "Mançester Siti” klubu doğma meydanda Danimarkanın "Kopenhagen” klubu ilə qarşılaşıb. İlk oyunda 3:1 hesabı ilə qələbə qazanan "şəhərlilər” bu dəfə də eynihesablı qələbəyə seviniblər. Beləliklə, iki oyunun nəticəsinə görə, 6:2 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi adını 1/4 finala yazdırıb.

İspaniyanın "Real” klubu isə 1/8 finalın cavab oyunu çərçivəsində "Santyaqo Bernabeu" stadionunda Almaniyanın "Leypsiq” klubu ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatsa da növbəti mərhələyə yüksələn tərəf Madrid təmsilçisi olub. Buna səbəb "Kral klubu”nun Almaniyada rəqibinə minimal hesabla qalib gəlməsi olub -0:1. Beləliklə, "Real” klubu iki oyunun nəticəsinə görə 1/4 finala vəsiqə əldə edib.

Xatırladaq ki, daha əvvəl Almaniyanın "Bavariya” və Fransanın PSJ klubları Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanmışdılar. 1/8 finalın digər dörd cütlüyünün cavab oyunları isə martın 12-13-də təşkil olunacaq.


18735 oxunub

InvestAZ