XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sərhədçi” və “Sabah”dan inamlı qələbə
İdman 22:53 / 06.03.2024

Basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, günün ilk matçı "Şəki" və "Sərhədçi" komandaları arasında baş tutub. Görüş paytaxt təmsilçisinin 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda isə kubokun əsas favoriti "Sabah" "Gəncə" ilə üz-üzə gəlib. Oyun "tələbələr"in 89:77 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu nəticələrdən sonra hərəyə 4 xalı olan "NTD -İndiqo" ilə "Sabah" birinci və ikinci yerləri bölüşürlər. "Sərhədçi" isə 3 xalla üçüncü pillədə qərarlaşıb.



19078 oxunub

InvestAZ