XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İdman qurumlarının rəhbərləri ilə görüş olub
İdman 16:10 / 06.03.2024

Martın 5-də gənclər və idman naziri Fərid Qayıbov regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya İdman Komplekslərinin, Gənclər Evlərinin direktorları və uşaq-gənclər idman məktəblərinin (UGİM) rəhbərləri ilə görüşüb.

Ölkəmizin 2024-cü il üçün "İdman paytaxtı” Quba şəhərində keçirilən tədbiri giriş sözü ilə açan nazir Fərid Qayıbov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hamını təbrik edib və uğurlar arzulayıb.

Ölkəmizin idman strategiyasının hazırlanması üzrə işçi qrupun məsləhətçisi, sloveniyalı mütəxəssis Edvard Kolar isə çıxış edərək görülən işlər barədə danışıb.

Görüşdə gənclər və idman sahələrində görülən işlər, gələcək fəaliyyət məsələləri müzakirə edilib. Ardınca nazirliyin araşdırma və layihə mərkəzinin rəhbəri Oqtay Quliyev strategiya və idmanda məşğulluq tədqiqatı barədə çıxış edib, paytaxtda və regionlarda keçirilmiş sorğuların ilkin nəticələri barədə məlumat verib.

Tədbir iştirakçılarının təkliflərini dinləyən nazir yeniyetmə və gənclərin idmana cəlb edilməsi istiqamətində müvafiq tövsiyələr verib.


18008 oxunub

InvestAZ