XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransı keçirilir
İdman 11:21 / 06.03.2024

Bakıda İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransı (COP9) Bürosunun ilk rəsmi görüşü keçirilir.

Tədbirdə Konvensiyanın monitorinq sisteminin təkmilləşdirilməsinə və Konvensiyanın müddəalarının həyata keçirilməsinə imkan yaratmaq üçün iştirakçı dövlətlərə dəstək kimi COP8 tərəfindən tələb olunan nəticələrin və təkliflərin çatdırılması məsələləri müzakirə olunur.

COP9 Konvensiyanın inkişafında iştirakçı dövlətlərin ehtiyac və gözləntilərinə cavab vermək, eləcə də qlobal idman ekosisteminin daimi təkamülünə, onun çağırışlarına uyğunlaşmaq üçün mühüm mərhələ təşkil edib. COP9, həmçinin fövqəladə çağırışlara cavab vermək qabiliyyətini artırmaq üçün Konvensiyanın potensial inkişaflarını araşdırmaq imkanı verəcək.

Qeyd edək ki, Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov ötən ilin oktyabrında Parisdə keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransında yekdilliklə Büronun sədr müavini seçilib.



19475 oxunub

InvestAZ