XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Gymnastic International 2024” beynəlxalq turnirində uğurlu nəticə
İdman 10:41 / 06.03.2024

Almaniyanın Fellbaxmiden şəhərində bədii gimnastika üzrə "Gymnastic International 2024” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadənin rəhbərliyi altında ölkəmizi gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova təmsil edib.

Gənc gimnastlarımız Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı komanda hesabında bürünc medal qazanaraq millimizin aktivinə ilk medalı yazdırıblar.Gənc gimnastlarımız fərdi proqramda da fərqləniblər. Şəms Ağahüseynova lentlə gümüş, İlahə Bahadırova top hərəkətlərin icrasında bürünc medala sahib çıxıb. Böyüklər arasında isə ən yaxşı nəticəni Kamilla Seyidzadə göstərib. Finalda mübarizə aparan idmançımız yarışı 7-ci pillədə başa vurub.

Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova turnirdə ölkəmizi hakim kimi təmsil edib.


19991 oxunub

InvestAZ