XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqasının reqlamenti dəyişdi - yeni dəyişikliklər nədən ibarətdir?
İdman 20:39 / 04.03.2024

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində müəyyən dəyişikliklər edilib.

Bu barədə qitə futbol qurumu məlumat yayıb. Belə ki, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək.

Hazırda klub reytinqində ilk 2 yerin sahibi İtaliya və Almaniyadır. Cari gedişata əsasən 5-ci yerin sahibi İtaliya çempionatında "Roma", Almaniya çempionatında "Leyptsiq" klubudur. Bu komandalar "European Performance Spots" (Avropa göstərici dəyəri) adlanan siyahıda yer alacaq.

Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında təşkil olunacaq.


21926 oxunub

InvestAZ