XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımızın Budva sınağı
İdman 15:04 / 04.03.2024

Martın 5-də Monteneqronun Budva şəhərində boks üzrə gənclər arasında ənənəvi "Adriatik incisi” turnirinə start veriləcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda milli komandamızın 11 üzvü mübarizə aparacaq.

Turnirdə yığmanın baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (48 kq, Zidan Hümbətov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), İbrahim Zeynalov (63,5 kq), Hüseyn Hacıyev (67 kq) və Ziya Həsənov (71 kq) qüvvələrini sınayacaqlar.

Qızların yarışında isə məşqçi Anar Baxışovun rəhbərliyi ilə Lalə Mədətova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikaylova (54 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) rinqə çıxacaqlar.

"Adriatik inci”sində Azərbaycanı hakim kimi Rövşən Qədirov təmsil edəcək.

Bu gün səfərə yollanan yığma komandamız martın 11-də Bakıya qayıdacaq.



19820 oxunub

InvestAZ