XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” reytinqdə irəlilədi
İdman 15:17 / 26.02.2024

Klubların UEFA reytinqi açıqlanıb.Ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən "Qarabağ” siyahıda irəliləyib.

Hazırda Ağdam təmsilçisi 32,000 xalla 56-58-ci yerləri bölüşür. Klub "Fənərbağça” (Türkiyə) və "Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə, Qlazqo təmsilçisini qabaqlayan "Qarabağ” 57-cidir.

Avropa Liqasının pley-off mərhələsində "Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun komandası hesabına 1,000 xal əlavə edib.

Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsal 10,000-ə çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-ə yüksəlib. "Köhlən atlar” "Fiorentina” (31,000) və "Qalatasaray”ı (31,500) geridə qoyub.



20517 oxunub

InvestAZ