XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçimiz Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazandı
İdman 14:31 / 26.02.2024

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən "Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq turnirdə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında iştirak edən tennisçimiz üçüncü yerə sahib çıxıb.

Xorvatiya, Macarıstan və Avstriya təmsilçilərinin yer aldığı qrupda birinci olan Onur Quluzadə növbəti görüşlərdə Polşa və İsveçrə idmançılarına da qalib gəlib. Lakin idmançımız finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə məğlub olub.


20746 oxunub

InvestAZ