XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan birinciliyinə start verilib
İdman 11:47 / 26.02.2024

16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Şirvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın ilk günündə 4 oyun keçirilib.

Birincilikdə ümumilikdə 10 komanda iştirak edir. Komandalar iki qrupa bölünüb və bir dövrədə mübarizə aparırlar. Oyunlar dairəvi sistemlə keçirilir.

A qrupunda "Murov Az Terminal-2”, "Tovuz”, "Hacıqabul”, "Sumqayıt”, "Oğuz”, B qrupunda isə "Murov Az Terminal-1”, "Gəncə”, "Azərreyl”, "Milli Aviasiya Akademiyası”, "Xarı Bülbül" ( Şuşa) komandaları mübarizə aparırlar.

İlk oyunlarda "Murov Az Terminal-2” – "Hacıqabul”a 1:2,
"Murov Az Terminal-1” isə "Azərreyl”ə 0:2 hesabı ilə uduzub. "Tovuz” – "Sumqayıt” oyununda isə ikincilər qələbəyə seviniblər -0:2.
"Gəncə” komandası isə "Milli Aviasiya Akademiyası” ilə oyunda qalib gəlib.


20660 oxunub

InvestAZ