XƏBƏR LENTİ
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Gürcüstan millisi ilə yoldaşlıq görüşü keçiriləcək
İdman 13:03 / 26.02.2024
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi dəfələrlə Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçirməkdir.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində yoldaşlıq görüşündə iştirak edəcək. Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, rəsmi xarakter daşıyan yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
2874 oxunub

InvestAZ